“Alphabet”in CEO-su Sundar Piçay açıqlamasında vurğulayıb ki, şirkət süni intellekt sahəsində “öncüdür” və bu istiqamətdə “inanılmaz bir sürətlə” irəliləyir. Onun sözlərinə görə, süni intellekt “işin hər istiqamətinə müsbət təsir edir və güclü dinamika yaradır”.
IBM üçün də gəlirlər artıb. Şirkət 2025-ci ilin ikinci rübündə 17 milyard dollar gəlir əldə edilib, bu da illik müqayisədə təqribən 8 faiz artıma uyğun gəlir (2024-cü ilin eyni rübündə 15,8 milyard dollar idi). Xalis mənfəət isə 20 faiz artaraq 2,2 milyard dollara yüksəlib (keçən il 1,8 milyard dollar idi). Hər səhm üçün mənfəət isə 1,96 dollardan 2,31 dollara çatıb.
IBM-in CEO-su Arvind Krişna bu nəticələri dəyərləndirərək bildirib ki, şirkət rüblük gəlir, mənfəət və nağd axını üzrə gözləntiləri ötüb. Onun sözlərinə görə, IBM süni intellektin tətbiqinə kömək edən dərin innovasiya və ixtisaslaşma sayəsində bazar mövqeyini qoruyur. Krişna ilin sonuna sərbəst nağd axının 13,5 milyard dolları aşacağını proqnozlaşdırır.
“Alphabet” və IBM-in ikinci rüb nəticələri – gəlir və mənfəətdə gözləniləndən yüksək artım – yenə də texnoloji sektorda süni intellekt və yüksək dəyərli xidmətlərə tələbin artdığını göstərir.