ABŞ Prezidenti Donald Tramp, Federal Ehtiyat Sistemini (FED) ziyarət edəcəyini açıqlayıb. Tramp, FED sədri Cerom Pauellin faiz dərəcələrini kifayət qədər aşağı salmamasını dəfələrlə tənqid edib. O, bu həftənin əvvəlində Pauelli “ağılsız” adlandırıb və onu vəzifədən uzaqlaşdırmağı düşündüyünə işarə edib.
Ağ Ev, sabah yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 23:00) ABŞ prezidentinin FED-i ziyarət edəcəyini elan edib. Lakin Trampın Pauellə görüşüb-görüşməyəcəyi barədə məlumat verilməyib.
Ağ Evin əməkdaşlarından biri həftə ərzində bəzi hökumət rəsmilərinin FED-ə gedəcəyini bildirsə də, prezidentin ziyarəti gözlənilməz olub.
Bu səfər, Trampın müstəqil maliyyə qurumu hesab olunan FED-ə təzyiqlərini artırdığını göstərir.
çap et