“Brent” nefti 0,4 faiz yüksələrək 68,75 dollar, ABŞ xam nefti (WTI) də 0,4 faiz bahalaşaraq 65,50 dollar səviyyəsinə çatıb.
Donald Trampın Yaponiyaya tətbiq olunan tarifləri 25 faizdən 15-ə endirməsi, ABŞ–AB ticarət danışıqlarının inkişafı və ABŞ xam neft ehtiyatlarındakı sürətli azalması bazarda nikbinliyin səbəb kimi göstərilir.
“Nissan Securities”in baş strateqi Hiroyuki Kikukava bildirib ki, “Alımlar bu müzakirələrdə irəliləyiş gözləntilərinə əsaslanır və ən pis ssenaridə belə qarşısı alına biləcəyinə inam yaradır.” O əlavə edib ki, ABŞ–Çin ticarəti və Ukrayna–Rusiya müharibəsi ilə bağlı qeyri-müəyyənlik neft qiymətlərinin 60–70 dollar arasında qalacağını göstərir.
***
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) həftəlik xam neft ehtiyatlarının statistikası açıqlanıb.
ABŞ-da xam neft ehtiyatları ötən həftə gözləniləndən daha çox azalıb – bu da qiymətləri yüksəldən amillərdən biri oldu. EIA-ya görə, ehtiyatlar təxminən 5 milyon barel düşüb, halbuki analitiklər bunu 2,5 milyon barel civarında gözləyirdilər.
Bu fakt optimist ab-havanı dəstəkləyən əsas arqumentlərdən biridir.
***
Ən son məlumatlara görə, “Azeri Light” markalı neftin CIF qiyməti dünya bazarında 76,75 dollar olub. Bu, əvvəlki göstəricidən 0,28 dollar və ya 0,36 faiz aşağıdır.
Xatırladaq ki, bu il üçün dövlət büdcəsində “Azeri Light” neftinin ortalama qiyməti 60 dollar olaraq nəzərdə tutulub.