Vaxt.Az

“Paytaxtı köçürməliyik”


 

Pezeşkian: “Tehranda su yoxdur, ...”

“Paytaxtı köçürməliyik” İranın paytaxtı Tehran ciddi su böhranı ilə üz-üzədir. “Tehranın həqiqətən suyu yoxdur. Bu şəkildə davam edə bilmərik”, – deyən Prezident Məsud Pezeşkian, paytaxtın köçürülməsi planını yenidən gündəmə gətirdi.

İran Prezidenti Məsud Pezeşkian, Tehrandakı su çatışmazlığının bu tempdə davam etməsi və buna dair həll yolları tapılmaması halında xalqı su ilə təmin etməyin mümkün olmayacağını söylədi.

Tehranda islahatçı qanadın əsas qurumu olan “Reform Cəbhəsi” üzvlərini qəbul etdiyi görüşdə çıxış edən Pezeşkian, paytaxtdakı su böhranına toxundu və paytaxtın köçürülməsi fikrini bir daha dilə gətirdi.

Su böhranı səbəbilə Tehranda bu gün tətil elan edildiyini xatırladan Prezident Pezeşkian dedi: “Enerji balanssızlığı ciddi bir mərhələdədir. Tehranın həqiqətən suyu yoxdur və bu şəkildə davam etsək, xalqımıza su verə bilməyəcəyik.”

 

“Bu şəkildə davam etməyə imkan yoxdur”

 

Paytaxtın Tehrandan köçürülməsi fikrini bir daha təkrarlayan Pezeşkian belə deyib: “Mən daha əvvəl demişdim ki, paytaxtı köçürməliyik. Bəziləri məni tənqid etdi, amma bu şəkildə davam etməyə imkan yoxdur.”

İranda davam edən quraqlıq səbəbilə su anbarlarındakı səviyyənin azaldığı bildirilmişdi. Tehranın Su İdarəsinin 20 iyulda verdiyi açıqlamada, Tehrana su təmin edən anbarlardakı ehtiyatların son 100 ilin ən aşağı səviyyəsinə düşdüyü vurğulanaraq, xalqa qənaət çağırışı edilmişdi.

 





24.07.2025    çap et  çap et