Konqresə göndərilən rəsmi bildirişə görə, ABŞ istehsalı olan zirehli texnikaların alınması, saxlanması, təmiri və modernləşdirilməsi üçün 150 milyon dollar ayrıldığı bildirilib. Eyni zamanda yer-hava tipli raket sistemləri üçün isə 172 milyon dollar büdcə ayrılıb.
Dövlət Departamentinin açıqlamasında qeyd edilir ki, bu satış Ukraynanın hava hücumundan müdafiə qabiliyyətinin artırılması və zirehli döyüş vasitələri ilə təmin olunması məqsədi daşıyır.
ABŞ Prezidenti Donald Tramp, 14 iyul tarixində Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi birgə mətbuat konfransında Ukraynaya silah tədarükü ilə bağlı razılaşma əldə olunduğunu bəyan etmişdi.
Tramp çıxışında “Bu silahları ABŞ istehsal edəcək, NATO müttəfiqlərimiz isə onların maliyyə xərclərini qarşılayacaq,” demişdi.
NATO Baş katibi Mark Rutte isə “ABŞ-ın Ukraynaya silah tədarükü ilə bağlı qərarı çox önəmlidir. Mən Avropa ölkələrinin rəhbərləri ilə görüşəcəyəm və Ukrayna üçün hərbi yardım konteynerləri hazırlayacağıq,” sözlərini əlavə etmişdi.