Tələbatdakı artımın əsas səbəbi Çin, Hindistan, İndoneziya və digər inkişaf etməkdə olan iqtisadiyyatlarda çoxalan istifadə olub. Bu artım Avropa, Şimali Amerika və Şərqi Asiyadakı inkişaf etmiş ölkələrdə zəifləyən tələbatla tam tarazlanmayıb.
Çin və Hindistan kimi ölkələrdə elektrik enerjisinə tələbatın zəif artması və bərpa olunan enerji mənbələrindən istehsalın yüksəlməsi, bu ölkələrdə kömür tələbatının bir qədər azalmasına səbəb olub.
ABŞ-da isə elektrik enerjisi istifadəsi və təbii qazın bahalaşması fonunda kömür istehlakı illik əsasda 10 faiz artıb.
Avropa Birliyində (AB) isə sənaye sahələrindəki aşağı tələbat, elektrik istehsalında artan kömür istifadəsi ilə tarazlanıb. Beləliklə, AB-də ümumi kömür tələbatı sabit qalıb.
Kömür tələbatı artmaqda davam edəcək
Qısa müddətli dəyişikliklərə baxmayaraq, 2024-cü ilin ümumi nəticəsi olaraq, qlobal kömür tələbatının 1 faiz artması proqnozlaşdırılır.
ABŞ-da bu artımın 7 faizə çatacağı, AB-də isə 2 faiz azalacağı gözlənilir.
2026-cı ildə isə kömürə tələbatın 1 faizə yaxın azalması və 2024-cü ildəki səviyyəyə yaxın qalacağı proqnozlaşdırılır.
IEA-nın Enerji Bazarı və Təhlükəsizlik direktoru Keysuke Sadamori hesabatla bağlı, “2025-ci ilin ilk yarısında regionlar arasında fərqli tendensiyalar müşahidə olunsa da, bu fərqlər qlobal kömür tələbatının ümumi istiqamətini dəyişmir. Gözləntilərimizə əsasən, bu il və gələn il kömür istifadəsi sabit qalacaq. Lakin hava şəraiti, iqtisadi və geosiyasi qeyri-müəyyənliklər səbəbindən qısa müddətli dalğalanmalar mümkündür. Əvvəlki illərdə olduğu kimi, qlobal kömür trendlərinə əsasən Çin yön verir. Çin hələ də dünyanın qalan hissəsinin ümumi kömür istehlakından təxminən 30 faiz daha çox kömür istifadə edir”, – deyib.