Vaxt.Az

Avrozonada iqtisadi göstəricilər dirçəlir


 

Birləşmiş PMI son 10 ayın ən yüksək həddində

Avrozonada iqtisadi göstəricilər dirçəlir “S&P Global” və Hamburq Ticarət Bankı (HCOB) Avrozonanın iyul ayına aid Satınalma Menecerləri İndeksi (PMI) göstəricilərini açıqlayıb.

Məlumata görə, Avrozona iqtisadiyyatı və özəl sektoru iyul ayında yenidən artım nümayiş etdirib. İyun ayında 50,6 səviyyəsində olan Avrozona Birləşmiş PMI iyulda da həmin səviyyədə qalıb. Beləliklə, Birləşmiş PMI son 10 ayın ən yüksək səviyyəsinə çatıb. Proqnozlar isə PMI-nın 50,7 səviyyəsində olacağına işarə edirdi.

Avrozonada iyun ayında 50,5 olan xidmət sektoru PMI isə iyulda son 6 ayın ən yüksək göstəricisi olan 51,5-ə yüksəlib. Xidmət sektoru PMI-nın 50,6 səviyyəsində olacağı proqnozlaşdırılırdı.

Avrozonada istehsal PMI isə gözləntilərə paralel olaraq 49,8 səviyyəsində olub.

 

Almaniyada birləşmiş PMI azalıb

 

Bu gün Almaniyaya aid iyul ayı PMI göstəriciləri də açıqlanıb. Məlumata görə, birləşmiş PMI iyun ayına nisbətən azalma göstərərək 50,3 səviyyəsinə enib.

Xidmət sektoru PMI əvvəlki aya nisbətən artaraq 50,1 səviyyəsinə yüksəlib, istehsal PMI isə 49,2 səviyyəsində olub. Bu göstəricilərə dair proqnozlar müvafiq olaraq 50,0 və 49,5 səviyyəsində idi.

 

Fransada bütün göstəricilər yüksəlib

 

Fransanın iyul ayına aid PMI göstəriciləri də açıqlanıb. Məlumata görə, Fransada həm birləşmiş, həm istehsal, həm də xidmət sektoru PMI iyun ayına nisbətən proqnozları üstələyərək artım nümayiş etdirib.

Birləşmiş PMI iyul ayında 49,6 səviyyəsinə yüksəlib, xidmət sektoru 49,7-yə, istehsal sektoru isə 48,4-ə çatıb.

 





25.07.2025    çap et  çap et