Vaxt.Az

Tramp FED-i ziyarət etdi


 

Tikinti ilə tanış olan ABŞ prezidenti faiz endirimi tələbini təkrarladı

Tramp FED-i ziyarət etdi ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Bankı (FED) baş qərargahında davam edən inşaat layihəsini yerində yoxlayıb. Ziyarət zamanı Tramp, faiz dərəcələrinin daha aşağı səviyyədə olmasının vacibliyini vurğulayıb və FED rəhbəri Cerom Pauellin bu yöndə qərar verməsini gözlədiyini bildirib.

Ziyarətə Senat üzvləri və digər yüksək səviyyəli rəsmi şəxslər qatılıb. Tramp inşaatın ümumi xərclərinin təxminən 3,1 milyard dollar olduğunu qeyd edib və maliyyətlərin çox yüksək olduğunu vurğulayıb.

FED rəhbəri Pauell isə bu rəqəmin tərkibində başqa köhnə layihənin də xərclərinin olduğunu və əlavə maliyyət gözləmədiklərini açıqlayıb.

Tramp, faizlərin azaldılmasının iqtisadiyyata və xüsusilə də əmlak sektoruna müsbət təsir göstərəcəyinə inandığını söyləyib. O, yüksək faizlər səbəbindən bir çox insanın mənzil ala bilmədiyini qeyd edib.

Prezident Pauelli “çox gecikmiş” kimi tənqid etsə də, onu vəzifəsindən dərhal kənarlaşdırmaq niyyətində olmadığını deyib.

 

FED binasının yenilənməsi və yaranan mübahisələr

 

FED binasının yenilənməsi layihəsi ABŞ-da müzakirələrə səbəb olub. Dövlətin büdcə idarəsi rəsmiləri, Pauelli layihə ilə bağlı Konqresi yanlış məlumatlandırmaqda ittiham edib.

Pauell isə yazdığı məktubda layihənin ciddi nəzarət altında olduğunu və vəsaitlərin məsuliyyətlə istifadə olunduğunu bildirib.

ABŞ Nümayəndələr Palatasının üzvü, Pauellin yalan danışdığı iddiasıyla onun barəsində araşdırma tələb edib.

FED layihənin gedişatı barədə ictimaiyyətə foto və video materiallar da təqdim edib.

***

Tramp FED-i rəsmi ziyarət edən ilk ABŞ prezidenti sayılır, çünki 20 ildən sonra ilk belə hadisədir. Tramp uzun müddətdir FED-in faiz dərəcələrini artırmamasını və daha kəskin endirim etməsini tələb edir.

 





25.07.2025    çap et  çap et