Vaxt.Az

Almaniyada küçələri su basdı


 

Ölkənin şimalında güclü yağışlar yolları bağladı, xəbərdarlıq xəritəsi genişləndi

Almaniyada küçələri su basdı Almaniyanın şimalında yağan güclü yağışlar nəticəsində Almaniya Meteorologiya İdarəsi (“DWD”) nazıncı xəbərdarlıq səviyyəsində xəbərdarlıq yayıb. Hamburq bölgəsində su basqınları küçələri dizədək su ilə doldurdu. Hadisə şahidləri baş verənləri “su fırtına kimi gəldi” sözləri ilə təsvir edib.

Sivetaler Mekelfeld bölgəsində gecə saatlarından səhərə qədər təxminən 100 fərqli su basqını barədə xəbərdarlıq alınıb. Daşan Şulteyç gölü səbəbilə sular evlərə, qarajlara dolub. Bir ev sahibi yaşadığı vəziyyəti belə ifadə edib: “Boğazımıza qədər suya batdıq”. Digər bir sakin isə avtomobilinin su altında işləməz hala gəldiyini bildirib.

“DWD”nin yayımladığı xəbərdarlıq xəritəsinə görə, Silt, Hamburq, İtzehoy, Lyubek, Şverin, Ludviqslust, Neubrandenburq və Şvedt şəhərləri narıncı xəbərdarlıq səviyyəsinə daxil edilib. Xəbərdarlıqlar Meklenburq–Qərbi Pomeraniya və Brandenburq bölgələrini də əhatə edib. Meteoroloqlar bu bölgələrdə hər kvadratmetrə 35 litrədək yağış yağacağını bildirib. Həmçinin sahil bölgələrində saatda 70 km-ə çatan külək barədə də xəbərdarlıqlar edilib.

***

“DWD” bildirir ki, Almaniyanın şimal-şərqində göy gurultulu leysan yağışlar davam edəcək. Axşam saatlarında isə fırtına Alp dağlarının şərqi və ölkənin cənub-qərbində təsirli olacaq. Bu günlərdə Almaniyada dolu, göy gurultusu və güclü küləklər müşahidə olunacağı gözlənilir.

 





25.07.2025    çap et  çap et