ABŞ-da “Alphabet”in (“Google”un ana şirkəti) uğurlu maliyyə nəticələri süni intellekt sahəsində nikbinliyi artıraraq fond indekslərini rekord səviyyəyə çatdırıb. Bunun fonunda “S&P 500” göstəricisi dünən 0,1 faiz artaraq son 19 ticarət gününün 10-da yüksəlişini davam etdirib.
Digər tərəfdən, ABŞ-da işsizlik müavinətləri üzrə müraciətlərin altıncı həftə dalbadal azalması, ölkədə əmək bazarının hələ də möhkəm olduğunu göstərir. Bu da FED-in yaxın aylarda faiz endirimlərinə getməyəcəyi ehtimalını gücləndirib.
Bu məlumatlardan sonra ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi bir ara 4,41 faizədək yüksəlib. Hazırda isə Asiya ticarət sessiyasında bu göstərici 4,3877 faiz səviyyəsindədir.
Asiya-Sakit Okean bazarlarında isə artım tendensiyası dayanıb. MSCI Asiya Sakit Okean indeksi yanvar ayından bəri davam edən ən uzunmüddətli yüksəlişini bu gün dayandırıb. Honq Konqun “Hang Seng” indeksində isə 1 faizdən çox itki qeydə alınıb.
Trampın “Pauellı qovmağa ehtiyac yoxdur” açıqlamasından sonra dollar güclənib. “Bloomberg Dollar İndeksi” 0,2 faiz artımla ticarətə davam edib.