Vaxt.Az

«Rusiyanın tələlərini bilirik»


 

Yatsenyuk Putinə səsləndi

«Rusiyanın tələlərini bilirik» Hər min kub metrə qədər Rusiyanın təklif etdiyi 100 dollar dəyərində güzəşt təklifi Ukraynaya sərf etmir. AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib.


Baş nazir qaz sazişlərinə yenidən baxılmasını istəyir: «Mən dərhal rəsmi olaraq bildirirəm ki, biz Rusiyanın bu cür tələlərini yaxşı bilirik: Güzəştlər Rusiya Federasiyası hökuməti tərəfindən təyin və elə onun tərəfindən də ləğv edilir. Ona görəm də bizim təklifimiz əvvəlki kimi qalır. Biz müqavilələrə yenidən baxılmasını istəyirik», - deyə Yatsenyuk bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna danışıqlarında tərələr qazın qiyməti ilə bağlı razılığa gələ bilmirlər. Hazırda onun qiyməti hər min kub metrə görə 485 ABŞ dollarıdır. İlin birinci yarısında isə bu qiymət 268 dollar idi.

 





11.06.2014    çap et  çap et