Vaxt.Az

Alman iş dünyasında “ABŞ-la razılaşma” gözləntisi


 

Baş nazir Mers iqtisadiyyatı ön plana çıxardı, İfo indeksində artım müşahidə olundu

Alman iş dünyasında “ABŞ-la razılaşma” gözləntisi Almaniyada iş dünyası ABŞ-la mümkün ticarət razılaşmasına və Baş nazir Fridrix Mersin (Friedrich Merz) iqtisadiyyatı əsas prioritet elan etməsinə ümid bəsləyir. Bu nikbinlik Almaniyanın məşhur İfo (ifo) indeksində yumşaq da olsa artım gətirib.

İfo Biznes Etimad İndeksi 2024-cü ilin iyul ayında 88,6 bəndə yüksəlib. Gözlənti göstəricisi isə 90,7 bənd səviyyəsində qalıb və əvvəlki aylarla müqayisədə sabitlik nümayiş etdirib.

İfo İnstitutunun rəhbəri Klemens Fuest (Clemens Fuest) açıqlamasında bildirib ki, “Alman şirkətlərində etimad müəyyən qədər artıb. Lakin gözləntilərdə ciddi dəyişiklik yoxdur. Ölkə iqtisadiyyatındakı bərpa hələ də zəif və yavaş gedir”.

Fuest əlavə edib ki, “dəyişiklik üçün zəruri şərtləri yaratmışıq və artıq bəzi aparıcı iqtisadi tədqiqat institutlarının proqnozlarını yuxarı istiqamətdə düzəltdiyini görürük”.

İfo ötən ay digər iqtisadi institutlarla birlikdə proqnozlarını yüksəldib. 2025-ci il üçün Almaniyada iqtisadi artım proqnozu 0,3 faiz olaraq açıqlanıb.

 





25.07.2025    çap et  çap et