“HƏMAS danışıqlardan çəkildi. Onlar əslində heç bir razılaşma istəmirdilər. İndi liderlərinin ‘ovlanacağına’ inanıram”, – deyə Tramp bildirib.
Vaxt.az xəbər verir ki, Tramp İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatlar və Qəzzaya humanitar yardımların qarşısının alınması ilə bağlı sualları cavabsız qoyub. Bunun əvəzində, danışıqların pozulmasında birbaşa olaraq HƏMAS-ı günahlandırıb: “Çox sayda girovu xilas etdik. Amma son təxminən 20 nəfərlə bağlı HƏMAS razılaşma istəmədi. Onlar bilirdilər ki, son girovlar azad olunduqdan sonra nələrin baş verəcəyini anlayacağıq. Ona görə də danışıqları tərk etdilər.”
İsrail Baş naziri Benyamin Netanyahu da paralel açıqlamasında bildirib ki, “HƏMAS hakimiyyətinə son qoymaq və bütün israilli girovların azad olunması” məqsədilə alternativ planlar nəzərdən keçirilir.
ABŞ Prezidenti, İsrailin adını çəkmədən, Qəzzada hərbi əməliyyatların davam edəcəyinə eyham vurub:
“Son girovlar xilas edildikdən sonra nə baş verəcəyini artıq bilirik. İsrail Qəzzanı təmizləmək məcburiyyətində qala bilər.”
Xatırladaq ki, ABŞ-ın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof ötən gün verdiyi bəyanatda Doha danışıqlar qrupunun geri çağırıldığını açıqlamışdı.