Vaxt.Az

Rus ordusunun kabusu silah


 

ABŞ Misirə 5 milyard dollarlıq hava hücumundan müdafiə sistemi satır

Rus ordusunun kabusu silah Amerika Birləşmiş Ştatları müttəfiqlərindən biri olan Misirə təxminən 5 milyard dollar dəyərində hava hücumundan müdafiə sistemlərinin satışına rəsmi razılıq verib.

Vaxt.az xəbər verir ki, satış paketinə, “RTX” (əvvəllər “Raytheon” kimi tanınırdı) şirkəti tərəfindən istehsal edilən NASAMS (yer-hava tipli raket sistemi) kompleksləri daxildir. Bu sistemlər son aylarda Ukraynanın Rusiya hava hücumlarına qarşı effektiv şəkildə istifadə etdiyi texnologiyalar arasında yer alır.

ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) bildirib ki, bu qərar “NATO üzvü olmayan mühüm bir müttəfiqin təhlükəsizliyini gücləndirməklə yanaşı, ABŞ-ın Yaxın Şərqdə siyasi sabitlik və iqtisadi inkişafı təşviq edən xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək olacaq”.

 

Misir ABŞ-dan ən çox hərbi yardım alan ölkələrdəndir

 

Misir hazırda İsraillə birlikdə ABŞ hərbi yardımlarından ən çox faydalanan ölkələr sırasında yer alır.

Xatırladaq ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp bu ilin əvvəlində yenidən Ağ Evə qayıtdıqdan sonra, Misir və İsrail istisna olmaqla, digər ölkələrə verilən xarici yardımların böyük hissəsini dondurmuşdu.


 





26.07.2025    çap et  çap et