Vaxt.Az

Yaponiyada həyəcan siqnalı


 

Nüvə stansiyası üzərində uçan üç naməlum PUA ölkəni ayağa qaldırdı

Yaponiyada həyəcan siqnalı Yaponiyanın cənub-qərbində yerləşən Genkay nüvə elektrik stansiyasının üzərində üç pilotsuz uçuş aparatları (PUA) icazəsiz uçduğu bildirilib.

Vaxt.az xəbər verir ki, ölkənin Nüvə Tənzimləmə Agentliyi, dörd reaktorlu “Genkay” Nüvə Stansiyasını idarə edən “Kyushu Electric Power” şirkətindən hadisə barədə məlumat aldığını açıqlayıb.

Təhlükəsizlik qurumları hadisə zamanı stansiyanın fəaliyyəti və ətraf mühit üçün hər hansı bir təhdid olmadığını qeyd edir.

Yaponiyada nüvə obyektlərinin üzərində PUA uçuşları ümumiyyətlə qadağandır. Rəsmi şəxslər hadisəni “son dərəcə qeyri-adi” adlandırıblar.

 

Kimin uçurduğu məlum deyil

 

Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir. PUA-ların kim tərəfindən və hansı məqsədlə uçurulduğu hələlik bəlli deyil. Stansiya ətrafında radiasiya səviyyəsinin normal olduğu və əhalinin təxliyəsinin lazım gəlmədiyi açıqlanıb.

Qeyd edək ki, stansiyanın 1 və 2 nömrəli reaktorları fəaliyyətini dayandırıb. 3 və 4 nömrəli reaktorlar isə 2011-ci ildə baş vermiş zəlzələ və sunami nəticəsində Fukusima nüvə qəzasından sonra tətbiq edilən sərt təhlükəsizlik qaydaları çərçivəsində yalnız 2018-ci ildə yenidən işə salınıb.

 





27.07.2025    çap et  çap et