Vaxt.Az
16 milyardlıq anlaşma
“Samsung”, “Tesla” üçün çip istehsal edəcək
“Samsung Electronics”, 16,5 milyard dollar dəyərində bir razılaşma çərçivəsində “Tesla” üçün yarımkeçirici çiplər istehsal edəcək. Cənubi Koreyanın nəhəng texnologiya şirkəti bazar ertəsi günü 2033-cü ilin sonuna qədər qüvvədə olacaq 22,8 trilyon von (təxminən 16,5 milyard ABŞ dolları) dəyərində beynəlxalq bir şirkətlə çip istehsalı üçün müqavilə imzalandığını açıqlayıb.
Mövzuya yaxın mənbələrə görə, sözügedən
müştəri “Tesla”dır, lakin informasiyanın məxfi xarakterinə görə bu, rəsmi təsdiq
edilməyib.
Seul birjasında ticarət olunan “Samsung”
səhmləri bu xəbərlə təxminən 3,5 faiz bahalaşaraq son dörd həftənin ən yüksək
gündəlik artımını qeyd edib. Şirkətin sözçüsü “Tesla” ilə bağlı şərh verməkdən
imtina edib, ABŞ şirkətinin nümayəndələri isə sorğulara dərhal cavab verməyib.
28.07.2025
çap et