Bu inkişaf, “OPEC+” üzvü olan Rusiyadan həyata keçirilən xam neft ixracının azalacağına dair narahatlıqları artırıb.
“Brent” markalı xam neft, əvvəlki sessiyada 2,3 faiz artaraq son iki həftənin ən böyük yüksəlişini qeydə alıb və hazırda bir barel üçün 70 dollara yaxın səviyyədə ticarət olunur. ABŞ xam nefti (WTI) isə 67 dollar civarında qalıb. Tramp, Moskvanı münaqişəni dayandırmağa çağıraraq, əks halda “ikincil sanksiyalar” tətbiq ediləcəyini bildirib. O, bu məqsədlə Rusiyaya 10–12 günlük əlavə möhlət verildiyini açıqlayıb.
Trampın bu bəyanatı, Avropa Birliyinin Rusiyaya qarşı elan etdiyi son sanksiya paketinin ardınca səslənib. AB sanksiyaları, Rusiya nefti alan “Nayara Energy” kimi Hindistan mənşəli şirkətləri də əhatə edir.
Hazırda qlobal enerji bazarları 1 avqusta qədər ABŞ-ın imzalayacağı mümkün ticarət razılaşmalarına və sentyabrda keçiriləcək “OPEC+” toplantısına fokuslanıb. Bu görüşdə alyansın gələcək aylardakı hasilat strategiyası müəyyən olunacaq.
Rusiyaya dair açıqlamasında Tramp, Prezident Vladimir Putinin daha əvvəl irəli sürülən atəşkəs çağırışlarını rədd etməsinə görə dərin məyusluq keçirdiyini bildirib. ABŞ rəhbəri əvvəllər Moskvaya 50 günlük atəşkəs müddəti təklif etmişdi və bu möhlət 2 sentyabrda başa çatacaq.
Bu arada, Azərbaycanın ixrac neftinin növü olan “Azeri Light” neftinin bir bareli son ticarət sessiyasında dollar bahalaşaraq 76 dollarına yaxın satılır.