Vaxt.Az

“Fidelity”dən 4.000 dollarlıq qızıl proqnozu


 

FED-in faiz siyasəti, zəifləyən dollar və mərkəzi bankların alışları qiymətləri yüksəldə bilər

“Fidelity”dən 4.000 dollarlıq qızıl proqnozu “Fidelity International” qızılın qiymətinin 2025-ci ilin sonuna qədər bir unsiya üçün 4.000 dollar səviyyəsinə çata biləcəyini proqnozlaşdırır. Şirkətin fond meneceri Yan Samson, bu yüksəlişi FED-in faiz dərəcələrini endirməyə başlayacağı ehtimalı, dolların dəyər itirməsi və mərkəzi bankların qızıl ehtiyatlarını artırmaqda davam etməsi ilə əlaqələndirir.

Samson bildirib ki, qızılın 3.500 dolları keçərək tarixi zirvəyə qalxmasından sonra qiymətlərdə yaşanan geriləmə bəzi çapraz portfellər üçün alım fürsəti yaradıb. Onun sözlərinə görə, avqust ayı ümumiyyətlə zəif bazar dövrü olduğu üçün investorlar riskləri bölmək məqsədilə qızıla daha çox yönəlirlər.

“Fidelity”nin bu nikbin proqnozu, daha öncə “Goldman Sachs” tərəfindən irəli sürülən və qiymətin 4.000 dolları görə biləcəyi ilə bağlı ehtimalları xatırladır. Bununla yanaşı, “Citigroup” kimi bəzi qurumlar qızıl qiymətlərində eniş gözləyirlər.

Hazırda spot qızılın qiyməti təxminən 3.310 dollar ətrafında dəyişir.

 





29.07.2025    çap et  çap et