Laboratoriya analizləri göstərib ki, məhsuldakı polisitlik aromatik hidrokarbon (PAH) miqdarı 13,7 mg/kg təşkil edir. Bu göstərici, Avropa Birliyinin qida məhsulları üçün müəyyən etdiyi maksimal 2 mg/kg limitinin təxminən altı qatıdır. Ekspertlər qeyd edir ki, PAH maddələri uzun müddətdə xərçəng riski yaradan ən təhlükəli kimyəvi birləşmələrdəndir.
Məhsulu əvvəllər alan istehlakçılara dərhal istifadəni dayandırmaq və məhsulu geri qaytarmaq tövsiyə edilir.