Keçmiş Rusiya prezidenti sosial şəbəkədə paylaşdığı bəyanatında Trampın “ultimatum oyunu” oynadığını qeyd edərək, bunun ABŞ-ı “birbaşa müharibəyə” sürükləyə biləcəyini vurğulayıb: “Hər yeni ultimatum təhdiddir və müharibəyə doğru bir addımdır. Bu, Rusiya ilə Ukrayna arasında deyil, Trampın öz ölkəsi ilə baş verəcək bir müharibədir”, – deyə Medvedev bildirib.
Qeyd edək ki, Tramp eyni gün verdiyi açıqlamada Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni bitirə bilməməsindən məyusluq ifadə etmişdi. O, daha əvvəl Rusiyaya barış üçün verdiyi 50 günlük vaxtı 10-12 günə endirdiyini açıqlamışdı.