Milli Alkoqol və Narkotik Məlumat Sistemi məlumatlarına əsasən, 2022-ci ildə asılılıq klinikalarına müraciət edən qumar asılılarının sayı 1.968 nəfər olduğu halda, bu rəqəm 2023-cü ildə 2.708-ə yüksəlib.
Xüsusilə 24 yaşdan aşağı olan gənclər qumar səbəbilə daha çox problem yaşayır. Araşdırmalar göstərir ki, yetkinlik yaşına çatmamış şəxslər arasında onlayn qumarda iştirak edənlərin sayında da əhəmiyyətli artım var. Bütün qumar istifadəçiləri arasında 16 və 17 yaşlı gənclərin payı cəmi bir il ərzində 12 faizdən 20 faizə yüksəlib.
Qanuni tənzimləmədən sonra bazara daxil olan onlayn qumar şirkətlərinin sayı artıb və bu şirkətlər intensiv reklam kampaniyaları aparmağa başlayıblar. 2023-cü ildən etibarən televiziyada, radioda və idman tədbirlərində bu reklamlara qadağa qoyulsa da, onlayn reklamlar davam edir. Gənclər mobil telefon vasitəsilə 24 saat fasiləsiz və asan şəkildə qumar oynaya bilirlər – bu isə çox vaxt heç bir nəzarət olmadan baş verir.
Problemi həll etməyə çalışan Niderlandın keçici hökuməti, gəncləri qumar asılılığından qorumaq üçün riskli onlayn qumar oyunlarında minimum yaş həddini 18-dən 21-ə qaldırmağı nəzərdən keçirir.