İbrahimbəyovun yaxın dostu, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Eldəniz Quliyev də bu xəbəri təkzib etməyib.
AzVision.az-a açıqlamasında E.Quliyev İbrahimbəyovun hamıdan gizli saxladığı həyat yoldaşı Lalə Əfəndiyevanı tanıdığını deyib.
«Mən heç vaxt heç kimin ailə məsələsinə münasibət bildirməmişəm. Bundan sonra da bu cür davam etmək istəyirəm. Mənə elə gəlir ki, ailə məsələsinin mətbuata çıxarılması etik deyil. Lalə Əfəndiyevanı tanıyıram. Amma dediyim ki , ailə məsələsi ilə bağlı danışmaq istəmirəm. Mənə elə gəlir ki , bu nə bizim, nə də mətbuatın işidir».
Qeyd edək ki, bu gün yaydığımız məlumata görə, R.İbrahimbəyov uzun illərdir Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Lalə Əfəndiyeva ilə qeyri-rəsmi nikahdadır. Onların 8 yaşlı Fərhad adlı övladları var.