Vaxt.Az

Yaddaş sabit deyilmiş


 

Beyin hər dəfə eyni xatirəni fərqli şəkildə qeyd edir

Yaddaş sabit deyilmiş “Nature” jurnalında dərc olunan yeni araşdırmaya görə, xatirələr zamanla beyində fərqli neyron qrupları tərəfindən daşındıqca dəyişir. Siçanlar üzərində aparılan bu araşdırma yaddaşla bağlı maraqlı nəticələr ortaya qoyub.

Məlum olub ki, eyni mühitdə təkrar olunan təcrübələr belə, beyində eyni şəkildə saxlanmır. Anıların beynin yaddaş üçün əsas bölgəsi olan hipokampusda yerləşən xüsusi "məkan hüceyrələri" vasitəsilə qeyd olunduğu düşünülürdü. Bu hüceyrələr, məsələn, evin qarşısındakı qapı və ya sevdiyiniz parkdakı şəlalə kimi məkanlar tanındıqda aktivləşir.

 

Əvvəlki model şübhə altına alındı

 

1960-cı illərdən bəri qəbul edilmiş bu nəzəriyyə artıq 2010-cu illərdə şübhə altına alınmağa başlandı. 2013-cü ildə “Nature Neuroscience” jurnalında dərc olunan bir araşdırma göstərdi ki, siçanlar labirintə təkrar daxil olduqda bəzi hüceyrələr davamlı şəkildə aktiv qalsa da, aktiv olan neyron qrupları zamanla dəyişir. Bu fenomen “hipokampal təmsil dəyişikliyi” (representation drift) adlandırılıb.

O zaman bir çox tədqiqatçı bu dəyişikliyin xarici faktorlarla — qoxular, səslər və ya siçanların fərqli sürətdə hərəkət etməsi ilə izah oluna biləcəyini düşünürdü. Lakin “Northwestern” Universitetindən Daniel Dobek və komandası daha dəqiq nəticə əldə etmək üçün virtual reallıq əsasında yeni eksperiment aparıblar və nəticələr “Nature” jurnalında yayımlanıb.

 

Virtual labirintdə mükəmməl nəzarətli təcrübə

 

Siçanlar, “joystick” funksiyası daşıyan qaçış yolunda yeridilər və ətraflarında virtual labirint canlandırıldı. Xarici dəyişkənliyi minimuma endirmək üçün hər dövrədə eyni qoxu istifadə olundu və fon səsləri üçün “ağ səs” çalındı. Neyronların aktivləşdiyi anları müşahidə etmək üçün xüsusi floresan üsuldan istifadə edildi.

 

Nəticədə nə müşahidə olundu?

 

Hər şeyə ciddi nəzarət edilməsinə baxmayaraq, sinir sistemindəki təmsil dəyişməyə davam etdi. Yəni neyronların yalnız 5-10 faizi “ənənəvi” məkan hüceyrələri kimi eyni şəkildə davranırdı – yəni hər dəfə eyni nöqtədə eyni cür aktivləşirdi. Bu hüceyrələr eyni zamanda yüksək dərəcədə “uyarıla bilən” (excitable) hüceyrələr idi. Tədqiqatçılar düşünürlər ki, məhz bu xüsusiyyət anıların sabit saxlanılmasında əsas rol oynayır.

 

Beyin nə üçün dəyişir?

 

Araşdırma göstərir ki, bu "dəyişmə" beyinə eyni təcrübələr arasında fərq qoymağa kömək edir – məsələn, eyni məktəbə hər gün getsəniz də, beyində bu ziyarətlərin hər biri fərqli yadda saxlanır. Bu da zamanın axışını izləməyin və onu yaddaşda izlə təmin etməyin bir üsulu ola bilər.

 

Yaddaşın sabit qalması üçün nə lazımdır?

 

Tədqiqatın nəticəsinə görə, ən sabit xatirələr uyarılabilirlik səviyyəsi yüksək olan hüceyrələrlə əlaqəlidir. Beyin yaşlandıqca bu hüceyrələrin uyarılabilirliyi azalır və bu da qocalıqla bağlı yaddaş zəifləməsinin səbəblərindən biri ola bilər. Əgər bu uyarılabilirlik artırılsa və ya qorunsa, yaddaşın da qorunması mümkün ola bilər. Amma bunun üçün əlavə tədqiqatlar tələb olunur.

 





29.07.2025    çap et  çap et