Bu gün Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Kürdəmirin mərkəzi bazarında yerləşən «Şəki» restoranında orada ofisiant işləyən şəxslə aşpaz arasında dava olub. Dava-dalaş zamanı hər iki şəxs bir-birini bıçaqlayıb.Onlar müxtəlif dərəcəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Olayın baş verdiyi restoranın yerləşdiyi bazar Kürdəmirdən seçilmiş millət vəkili Fərhad Qəribova məxsusdur.
F.Qəribov baş vermiş qanlı hadisə ilə bağlı açıqlama verib. Editor.az-ın məlumatına görə, millət vəkili bildirib ki, hadisədən xəbəri yoxdur. Fərhad Qəribov onu da əlavə edib ki, olayın baş verdiyi restoran onun oğluna məxsusdur.
Faktla bağlı araşdırmalar aparılır.
çap et