Vaxt.Az

Millinin sabiq baş məşqçisinə zorlama ittihamı


 

Peter Zayzenbaher bir neçə qıza təcavüzdə şübhəli bilinir

Millinin sabiq baş məşqçisinə zorlama ittihamı Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaher yetkinlik yaşına çatmayan bir neçə qızı zorlamada ittiham olunur.


apasport.az-ın verdiyi xəbərə görə, bu barədə Vyana Prokurorluğundan açıqlama verilib: «İstintaq hələ Peter Zayzenbaheri dindirməyib. Onunla bağlı müəyyən şübhələrimiz var. Bu işlə bağlı bir neçə nəfərin ifadəsi də alınıb. Lakin Zayzenbaherin özü suallarımıza cavab verməyə razılaşdıqdan sonra çox şeyə aydınlıq gələcək».

Avstriya mətbuatı 2 qat Olimpiya çempionunu 2000-ci ilin əvvəllərində Vyana klublarının birinə rəhbərlik etdiyi vaxtda qanun pozuntularına yol verməkdə ittiham edir.

Hazırda Kaliforniyada işləyən 54 yaşlı Zayzenbaher 2012-2014-cü illərdə millimizi çalışdırıb.

 





11.06.2014    çap et  çap et