Vaxt.Az

Heykəl oyunu ...


 

Yaxud Rusiyanın mədəni işğal planı

Heykəl oyunu ... Azərbaycan yeni tarix yaratmaq naminə bütün əski tabuları yıxmaq məcburiyyətindədir!

Rusiya (Dövlət mediası olan TASS) bu gecə Azərbaycanı Qarabağda sülhməramlılar tərəfindən ucaldılan erməni əsilli rus rəssamı Ayvazovskinin (əslində Ayvazyan) heykəlinin qanunsuz sökülməsində ittiham edib və dərhal da Azərbaycan xarici işlər nazirliyi tərəfindən adekvat cavabla susdurulub.

Azərbaycan heykəli ona görə söküb ki, qanunsuz inşa edildi. Həm də ona görə sökülməli idi ki, adam həm ermənidir, həm də rusların mədəni işğalının simvolu idi.

Elə bu gün Azərbaycan dili günüdürsə, bu bəhanə ilə dil faktorunu işarə edək: Rusiya erməniləri geri qaytarmağı çalışdı, o alınmayanda Xankəndidə konsulluq açmağa cəhd etdi, o  da olmayandan sonra Paşinyanı ittiham etdilər ki, "Qarabağ Azərbaycandır" deməsəydi, ermənilər indi Qarabağda yaşayırdılar.

Ən nəhayət, on heykəl ona görə sökülməli idi ki, özünü I Pyotr kimi aparan Putin rus dilinin və çəkməsinin dəydiyi yerə Rusiya torpaqları kimi baxdığını aşkarca dedi.

Heykəltəraşlıq da, dil də mədəniyyət faktıdır.

Ayvazovskinin heykəli də rusca danışdığı və təmsil etdiyi ideologiya ucbatından sökülməli idi.

Rusiya yenə heykəl oyunlarıyla səhnədədir, amma bu dəfə Azərbaycanda, yəni ki  səhv ünvana gəlib! Xankəndidə Ayvazovskiy büstü qoyublar, guya mədəni irs, guya tarixi yaddaş... Yaxşı, bəs bu nə üçündü? Bunun altında Rusiyanın mədəni işğal planı, Qarabağda təsir qurmaq istəyi yatır, biz görmürükmü! Sovet abidələri, Lenin, Stalin, Çar Pyotr, Yekaterina kimi heykəllərlə Rusiya öz “xilas” nağılını yazmağa çalışır. Krımda, Donetsk və Luqanskda bu oyunu oynadılar, indi də bizim torpağa əl uzadırlar?! “Alleya Rossiyskoy Slavi” adı altında büst qoya-qoya geosiyasi təsir qurmaq istəyirlər, amma bilmirlər ki, Azərbaycan xalqı bu fırıldağı da görür! Postsovet ölkələrində bu heykəl təbliğatı ilə gənc nəsilləri Rusiya mədəniyyətinə bağlamağa çalışırlar. Amma statistika danışır: Ukraynada 2015-ci ildən bəri 2000-dən çox sovet abidəsi, o cümlədən 1320 Lenin heykəli sökülüb! Azərbaycanda da bu cəhdlər boşa çıxacaq! Rusiya öz “Böyük Vətən Müharibəsi” nağıllarıyla, “xilas” rozetkasıyla bura gəlməsin! Qarabağ Azərbaycandır, bu torpaqda yalnız bizim tariximiz, bizim mədəniyyətimiz hökm sürüb, Xan, qətl də etsəniz, törəmələri burdadır!

 





01.08.2025    çap et  çap et