“Sabah”ın çox savadlı baş məşqçisi var, idman mediamız Murad Musayev kimi onu da bulinq etməsə, yaxşı nəticələr göstərəcək. “Turan” klub olaraq simpatiya doğurur, idarəçilər düz yoldadırlar, Berdiyev kimi də təcrübəli məşqçiləri var.
Çempionatın müəmması “Neftçi”dir, əla transferlər ediblər, ancaq Samir Abasov bu materialdan necə istifadə edəcək, zaman göstərəcək. “Qəbələ” liqada möhkəmlənməyə çalışacaq, “Karvan”, “İmişli”, “Kəpəz” isə bir-biriləri ilə mübarizə aparacaqlar.
Bu il “Qarabağ”ın ən güclü silahı (oxu – rəqibi) “Zirə”dir. Bir vaxtlar “Simurq” “İnter” üçün nə idisə, onun kimi. Əslində, həmişə belə idi, ancaq o biri komandaların güclənməsi, “Zirə”yə ehtiyacı birə on artıracaq. Paslaşacaqlar. Tiki-taka...