Vaxt.Az

“Zirə”nin hədəfi


 

Premyer Liqa hazırlığında rahatlıq

“Zirə”nin hədəfi Əvvəlcə, “Zirə”ni xarakterinə görə alqışlayaq. Bunu haqq edirlər. Rəşad Sadıqovun yetirmələri sona qədər döyüşdülər, azlıqda olmalarına rəğmən qol vurub oyunu əlavə vaxta apara bildilər. Təmsilçilərimizdən bu mərhələdə püşkdə ən çətin rəqib də “Zirə”yə düşmüşdü. Bəlkə də şablon səslənəcək, amma “Hayduk” “Hayduk”du. Onu üstələmək asan deyil. “Qartallar” belə rəqiblə ümumən başabaş oynadılar. Xorvatlar da xüsusi nə iləsə fərqlənmədilər.

Ancaq bəzi detallar da var. “Hayduk”u keçmək üçün güclü, hərtərəfli hazır olmalısan. Yarım canla bunu etmək mümkün deyil.

Sumanın gedəcəyi az qala qışdan bəlli idi və buna hazırlıq görmək olardı. Utziq də intizamsızlıq edib komandanı dar ayaqda qoydu. Onların yerinə alınanlar isə bəlkə də kömək edə bilərdilər (buna şübhəm var), ancaq onların da zədələnməsi planları alt-üst etdi.

“Zirə” yay hazırlığını avrokubok yox, Premyer Liqanın yeni mövsümü üçün keçirdi, hədəfini ona istiqamətləndirdi. Nəticəsini də gördük. İndi rahatlıqla mövsümə hazırlaşa, ora köklənə bilərlər. Mane olan yoxdur.

 





01.08.2025    çap et  çap et