Bir də ki, ölünün nəyini öldürəcəksən? Milli bineyi-qədimdən ölüdür.
“Elxan Məmmədovla dostuq” deyən də həmin Musayev idi. Ölkə futbolunu kökünə balta vuran Məmmədovla.
Dövründə çempionatda 8 komanda var idi, idman prinsipi yox idi, limitə görə də liqa milliləşdirilmişlərlə dolmuşdu, oradan da milliyə yol alırdılar. Nəticə də ki, heç nə. Bizə bir dənə ildırım vurmamışdı. Qolları deyirəm.
Foqtsu bəyənməyən Ramin müəllim, çempionatı “proxodnoy dvor” eləmişdi onun üçün. Almaniyalının rahat toplanış keçməsi üçün birbaşa 3 turu təxirə salırdı. Dəfələrlə olub. Unutmamışıq, yadımızdadır.
Komandasının üzvü olduğu rəhbərliyin dövründə yerli məşqçilərə şans verilmədi, əcnəbilərin biri o birini əvəzlədi, görmədiyimiz müsibət qalmadı. Bir dəfə Qurbanı qoydular, onun da ili çıxmamış torbasını tikib yola saldılar. O vaxt danışmaq lazım idi.
Bu söhbətləri çox uzatmaq olar.
Demişəm, təkrarlayıram: hazırkı millinin bərbad gündə olmasının 1 nömrəli səbəbkarı sabiq AFFA rəhbərliyidir. Özlərindən sonra sağlam heç nə qoymayıblar. Kadr yox, sistem yox, infrastruktur dağılıb. Təzələrə kökü qurumuş bir ağac qoyublar, iki gündən bir də “niyə gül bitmir bunda” deyirlər. Sən canı gedin haqsız qazandığınız pulları xərcləyin, imkan verin dərdimizi çəkək, bir yol tapaq.
Elədikləriniz yaxşı yadımızdadır. Unutmamışıq, unutmayacağıq.