Vaxt.Az

«Kənddə güllə səsi də eşitmədim»


 

Naxçıvanlı jurnalist Culfanın «boşalan kənd»indən xəbər verir

«Kənddə güllə səsi də eşitmədim» Bu gün bəzi KİV-də Culfanın Ləkətağ kəndinin ermənilər tərəfindən tutulması, kəndin boşaldılması ilə bağlı məlumatlar yayıblar.


«Şərq qapısı» qəzetinin əməkdaşı Elnur Kəlbizadə bu gün Culfanın adıçəkilən kəndində olub və kənddən çəkdiyi şəkilləri AzVision.az-a göndərib:

«Mediadakı bütün dostlarımıza bir vətəndaş, mətbuatda çalışan bir həmkar kimi demək istəyirəm. Mən bu gün Ləkətağda idim. Kənd də, sakinlər də, postlarımız da yerindədir. Kənddə olduğum 4 saatdan artıq müddət ərzində bircə güllə səsi də eşitmədim. İnsanlara «Kəndə hücum olubmu?» sualını verdikdə, «hansı kənd?» cavabını eşitdim. Və fikirlərimin sübutu olaraq, şəxsən çəkdiyim fotoları təqdim edirəm. Naxçıvanın bircə qarışına belə erməni ayağı dəyə bilməz. Fikirlərimə bəzək-düzək vurmaqdan çox uzağam. İstənilən jurnalist həmkarımızla bir daha kəndə getməyə hazıram.

 





11.06.2014    çap et  çap et