Vaxt.Az

“İnadkar axmaq”


 

Tramp Pauellə bağlı sərt danışdı

“İnadkar axmaq” ABŞ Prezidenti Donald Tramp, son iclasda təzyiqlərə rəğmən faiz dərəcəsini sabit saxlayan Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelli kəskin ifadələrlə təhqir edib.

Tramp sosial şəbəkədəki paylaşımında Pauellə bağlı “inadkar bir axmaq” ifadəsini işlədib.

O, FED rəhbərini dərhal uçot faizlərini əhəmiyyətli dərəcədə azaltmağa çağırıb. Əks halda, Trampın fikrincə, Fed Direktorlar Şurası rəhbərlik üzərində nəzarəti ələ almalıdır.

Xatırladaq ki, FED son toplantısında faiz dərəcəsini sabit saxlamaq qərarı vermişdi.

 





02.08.2025    çap et  çap et