Vaxt.Az

“OPEC+”un “Könüllü səkkiz”i


 

Sentyabrda günlük neft istehsalını 547 min barel artacaq

“OPEC+”un “Könüllü səkkiz”i “OPEC+” ölkələrinin “Könüllü səkkiz” (“Voluntary Eight” – V8) adlanan qrupuna daxil olan Səudiyyə Ərəbistan, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman sentyabr ayında gündəlik neft istehsalını 547 min barel artırmaqda prinsipcə razılığa gəlib.

Vaxt.az xəbər verir ki, bu qərar, Rusiya təchizatında yarana biləcək yeni kəsintilər barədə narahatlıqların davam etdiyi bir dövrdə, həmin ölkələrin əvvəlki böyük istehsal azaldılması paketini geri götürmək prosesini tamamlamasına işarə edir.

“OPEC+” dünyada neft istehsalının təxminən yarısını əlində saxlayan və son illərdə bazarı dəstəkləmək məqsədilə istehsalı məhdudlaşdıran bir birlikdir. Bu il artan tələb və ABŞ-ın təzyiqləri nəticəsində istehsal tədricən artırılır.

2024-cü ilin aprel ayında gündəlik 138 min barel artımla başlayan prosesdə may, iyun və iyul aylarında 411 min, avqustda isə 548 min barel artım reallaşdırılıb.

Qrupa daxil olan ölkələrin növbəti toplantısı 7 sentyabrda keçiriləcək.

 





04.08.2025    çap et  çap et