Vaxt.az xəbər verir ki, “Goldman Sachs”ın bazar günü yaydığı hesabatda qeyd olunub ki, Rusiyaya və İrana qarşı tətbiq olunan sanksiyalar bu ölkələrin neft təchizatına təzyiq göstərərək qiymətlər üçün yuxarı risklər yaradır. Bu risk, ehtiyat istehsal gücünün gözləniləndən daha tez bərpa olunması ilə daha da aktuallaşır.
Digər tərəfdən, 2025-2026-cı illər üçün gündəlik orta 800 min barel tələb artımı proqnozunda aşağı risklər mövcuddur. Bu risklərə ABŞ-ın gömrük tariflərini artırması, əlavə ikinci dərəcəli tariflərin gündəmə gəlməsi və zəif iqtisadi göstəricilər səbəb göstərilir.
Hesabatda qeyd edilir ki, zəif iqtisadi məlumatlar ABŞ iqtisadiyyatının potensialdan aşağı sürətlə böyüdüyünü göstərir və bankın iqtisadçıları önümüzdəki 12 ayda resessiya ehtimalının yüksəldiyini düşünür.