Vaxt.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 0,50 faiz azalaraq 69,46 dollara, ABŞ “WTI” nefti isə 0,50 faiz düşərək 67,20 dollara satılıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqlərindən ibarət “OPEC+” qrupu dünən keçirilən iclasında sentyabr ayı üçün gündəlik neft istehsalını 547 min barel artırmaq qərarı verib. Bu qərar sağlam iqtisadi göstəricilər və aşağı ehtiyat səviyyələri əsasında əsaslandırılıb.
“Goldman Sachs” analitikləri isə mart ayından başlayaraq istehsal artımı edən “OPEC+” ölkələrinin gerçəkdə gündəlik təxminən 1,7 milyon barel istehsal artımı edəcəyini proqnozlaşdırırlar. Qrupun bəzi üzvləri əvvəllər istehsalı artırmışdı, indi isə həmin istehsalı azaldırlar.
Azərbaycan brendi “Azeri Light” neftinin bir barelinin qiyməti hazırda 1.64 dollar və ya 2.05 faiz ucuzlaşaraq 78,33 ABŞ dolları səviyyəsində qərarlaşıb.