Vaxt.Az

Soma faciəsində şok fakt


 

Ölən 301 mədənçinin heç birinin uşağı yox imiş

Soma faciəsində şok fakt Türkiyədəki Soma faciəsi ilə bağlı araşdırmalar davam edir. Araşdırmalar zamanı maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, Soma faciəsində ölənlərdən heç birinin... uşağı yox imiş.


Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Somadakı Mədən Faciəsini Araşdırma Komissiyasının fəaliyyəti zamanı həyatını itirən mədənçilərin vəkilləri ilginc məqamla rastlaşıb.

Vəkilləri şoka salan məqam araşdırmalarla bağlı hazırlanan sənədlərdə faciədə həyatını itirən şəxslərin uşaqlarının sayının “0” kimi göstərilməsidir. Məlum olub ki, faciəyə görə məsuliyyət daşıyan şirkət mədənçilərə təzminat ödəməmək üçün sənədlərdə işçilərin uşaqlarının sayını 0-la göstərib.

Xatırladaq ki, Somadakı mədən faciəsində 301 işçi həyatını itirmişdi. Onların əksəriyyəti isə ailəli və çoxuşaqlı idi.

 





11.06.2014    çap et  çap et