Bu təyinatlar, qlobal iqtisadi artımın yavaşlamağa başladığı və narahatlıqların artdığı bir dövrdə Trampın iqtisadi siyasətində əhəmiyyətli rol oynaya bilər. Tramp, FED üzvlüyündən ayrılan Adriana Kuqlerin yerinə namizədlər barədə düşündüyünü qeyd etdi. Kuqlerin gözləniləndən əvvəl istefa verməsi, Trampa aşağı faiz siyasətini dəstəkləyən bir namizədi erkən təyin etmək imkanı yaratdı.
Digər tərəfdən, Trampın zəif məşğulluq məlumatlarının ardından ABŞ Əmək Statistikası Bürosunun rəhbəri Erika Makentarferi vəzifəsindən azad etməsi tənqidlərə səbəb olub. Bu qərara etiraz edənlərdən biri olan CNN-ə danışan Uilliyam Biç, “Bu çox zərərli bir addımdır və bunun üçün əsas görmürəm” sözləri ilə qərarı sərt tənqid edib. Biç həmçinin, akademik araşdırmaların məşğulluq statistikalarının son 20-30 ildə daha dəqiq olduğunu ortaya qoyduğunu vurğulayıb.
“Bank of America”nın baş direktoru Brian Moynihan isə Trampın qərarını birbaşa tənqid etməsə də, ABŞ hökumətinin etimadını qorumaq üçün məlumat toplama sisteminin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.