Hindistan Baş naziri Narendra Modi, ABŞ Prezidenti Donald Trampın gömrük vergisi təhdidlərinə qarşı mövqeyini qoruyub saxlayır və hökumətin Rusiyadan neft idxalını davam etdirəcəyinə işarə edib. Modi, həmçinin xalqı yerli məhsulları almağa çağırıb.
Mövzuya yaxın mənbələr bildirirlər ki, Modi hələ Rus nefti idxalının dayandırılması ilə bağlı rəsmi göstəriş verməyib. Son açıqlamasında Modi, qeyri-müəyyən qlobal şəraitdə Hindistanın iqtisadi maraqlarını qorumağın vacibliyini vurğulayıb.
Bu açıqlamalar, Tramp administrasiyasının Hindistanın ABŞ-a ixracatına 25% gömrük vergisi tətbiq etməsindən bir neçə gün sonra gəlib. Ağ Ev isə Hindistanın Rus nefti alımına davam etməsi halında əlavə sanksiyalar tətbiq edəcəyi ilə hədələyib.
Digər tərəfdən, Trampın Rusiyaya qarşı verdiyi atəşkəs müddəti avqustun 8-də başa çatır və onun Rusiya ilə ticarətdə iştirak edənlərə qarşı əlavə sanksiyalar elan edəcəyi gözlənilir.
çap et