Vaxt.Az

GPS iddiası Fransanı silkələdi


 

Nazirlik iddia yalanladı

GPS iddiası Fransanı silkələdi Sosial şəbəkələrdə yayılan və 2025-ci ilin sentyabrından etibarən avtomobillərdə GPS istifadəsinin qadağan ediləcəyini irəli sürən iddialar gündəm oldu. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verdi.

TikTok-da yayılan və qısa müddətdə yarım milyondan çox baxış toplayan bir videoda, sentyabrın 1-dən etibarən avtomobildə GPS cihazının olması halında 135 avro cərimə tətbiq ediləcəyi iddia olunurdu. Videoda cihazın avtomobildə olması belə cəzaya səbəb kimi göstərilmiş, bu isə geniş ictimai qınağa səbəb olmuşdu. Fransız rəsmiləri isə bu iddianın həqiqəti əks etdirmədiyini bildiriblər.

***

Fransa Daxili İşlər Nazirliyi yayılan məlumatların səhv və manipulyativ olduğunu açıqlayıb. Videoda yer alan “GPS-in vizual şəkildə istifadəsi və ya nəqliyyat vasitəsi hərəkətdə olarkən əl ilə idarə olunması qadağan olunacaq” ifadəsinin əslində yalnız mövcud yol hərəkəti qaydalarının bir xatırlatması olduğu bildirilib. Yəni GPS-in səsli rejimdə istifadəsi tamamilə sərbəstdir və bu sahədə yeni bir qadağa yoxdur.

Fransa rəsmiləri tərəfindən verilən açıqlamada vurğulanıb ki, 2025-ci ilin sentyabrında GPS-lə bağlı heç bir yeni qadağa tətbiq olunmayacaq və hal-hazırda qüvvədə olan yol hərəkəti qaydaları keçərli qalacaq. Bu qaydalar, avtomobilin hərəkətdə olması zamanı sürücünün diqqətini yayındıra biləcək istənilən cihazın əl ilə istifadəsini qadağan edir – bu, artıq illərdir mövcud olan standart bir tənzimləməni əhatə edir.

 





04.08.2025    çap et  çap et