Vaxt.Az

15 min dollar təminat


 

ABŞ vizası üçün depozit şərt tətbiq oluna bilər

15 min dollar təminat “ABŞ Dövlət Departamenti”, Amerika iş və turist vizası üçün müraciət edən bəzi şəxslərdən 5 min, 10 min və ya 15 min dollara qədər maliyyə təminatı tələb olunacaq yeni bir qaydanın tətbiqinə hazırlaşır.

Departamentdən verilən açıqlamada bildirilib ki, bu addım, bəzi ölkələrdən edilən viza müraciətlərində əlavə maliyyə öhdəlikləri müəyyənləşdirilməsini nəzərdə tutur.

Yeni hüquqi tənzimləmənin bu gün dərc olunacağı gözlənilir. Qaydalara əsasən, iş və turist vizasına müraciət edən bəzi ölkə vətəndaşlarından ABŞ-a girişdən əvvəl müəyyən məbləğdə təminat depoziti tələb ediləcək.

Sənəddə qeyd olunub ki, “...viza müddətini aşma halları yüksək olan, yoxlama və nəzarət məlumatları yetərli olmayan və ya investisiya yolu ilə vətəndaşlıq verən ölkələrin vətəndaşları pilot proqram çərçivəsində bu şərtlərə tabe edilə bilər”.

Açıqlamada bu tədbirin ABŞ-a daxil olmaq istəyən şəxslərin maliyyə öhdəliklərini yerinə yetirib-yetirmədiyini müəyyənləşdirmək məqsədi daşıdığı vurğulanıb. Məqsəd – viza proseslərini daha ciddi nəzarət altına almaqdır.

Yeni tənzimləmənin hansı ölkələri əhatə edəcəyi və tədbirin konkret təsirləri barədə məlumat sabah dərc ediləcək sənəddə ictimaiyyətə təqdim ediləcək.

 





05.08.2025    çap et  çap et