Onun sözlərinə görə, Saday Muraday oğlu Abdullayev 1975-ci ildən müxtəlif səhiyyə müəssisələrində həkim kimi fəaliyyət göstərib. Son 8 ilə yaxın dövr ərzində əvvəlcə ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsində baş məsləhətçi, sonralar isə şöbənin müdir müavini-tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri vəzifələrində çalışıb.
Xatırladaq ki, bir qədər öncə ƏƏSMN-nin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin edilib.