Hadisə zamanı avtobusun yük yerində olan çamadan sərnişinlərdən birinin diqqətçiliyi nəticəsində açılıb və içəridə balaca bir qız uşağının olduğu müəyyən olunub. Uşaq vaxtında xilas olunub və dərhal xəstəxanaya aparılıb. Polis, uşağın "bədən temperaturunun çox yüksək" olduğunu, lakin fiziki xəsarət almadığını açıqlayıb.
Qadın saxlanılıb – kimliyi və məqsədi bəlli deyil
Hazırda 27 yaşlı qadın saxlanılıb və barəsində uşaq istismarı ilə bağlı hüquqi araşdırma başladılıb. Polis onun uşağın anası olub-olmadığını hələlik təsdiq etməyib. Eyni zamanda, uşağın çamadana necə yerləşdirildiyi, qadının məqsədi və motivasiyası da hələlik bilinmir.
Hadisənin qarşısı avtobus sürücüsünün çevik reaksiyası ilə alınıb. Polis rəsmisi bildirib: “Avtobus sürücüsünə və vəziyyəti hiss edib dərhal müdaxilə edən sərnişinlərə minnətdarıq. Əgər bu qədər sürətli davranılmasaydı, nəticə faciəli ola bilərdi”.
Sürücü çamadanda uşaq olduğunu eşidən kimi hərəkətə keçib və uşağı dərhal çıxarıb.
Hazırda polis istintaqı davam edir. Hüquq-mühafizə orqanları hadisədə başqa şəxslərin də iştirak edib-etmədiyini araşdırır. Hadisənin təkcə həmin qadın tərəfindən planlaşdırıldığı, yoxsa geniş miqyaslı qaçırma planının bir hissəsi olduğu yaxın günlərdə müəyyənləşdiriləcək.