Qızılın bir unsiyasının qiyməti təxminən 3.370 ABŞ dolları civarında sabitləşib. ABŞ-da gözləntilərin altında qalan məşğulluq göstəriciləri fonunda bazar iştirakçıları FED-in gələn ay faiz endirimi qərarı vermə ehtimalını 93 faiz olaraq qiymətləndirirlər.
Faiz dərəcələrinin aşağı salınması, dividend və ya kupon gəliri olmayan qızıl kimi aktivləri daha cazibədar edir. Bu, qızılın “təhlükəsiz liman” olaraq statusunu daha da möhkəmləndirir.
Eyni zamanda, ABŞ-da Mərkəzi Bankın müstəqilliyi ilə bağlı yaranan risklər də qiymətli metallara olan tələbi artırır. Fed Direktorlar Şurasının üzvü Adriana Kugler-in istefası, Prezident Donald Tramp-ın faiz endirimi tərəfdarı olan bir namizədi təyin etmək ehtimalını gücləndirib. Bu da bazarda siyasi təzyiqlərin Fed-in siyasətinə təsir göstərə biləcəyi qorxularını artırır.
Londonda səhər saatlarında olan məlumata görə, qızıl 0,1% ucuzlaşaraq 3.370,78 ABŞ dolları səviyyəsinə geriləyib. Əvvəlki gün isə qızıl 0,3% artımla bağlanmışdı. “Bloomberg Dollar Spot” İndeksi isə 0,1% yüksəlib. Gümüş sabit qalıb, paladium və platin isə ucuzlaşıb.