Vaxt.Az

“Dəvə kimi baxır”


 

İranlı molla Xameneyini təhqir etdi

“Dəvə kimi baxır” Bu həftə Kərəc şəhərində keçirilən cümə namazında imam cümənin çıxışı sosial şəbəkələrdə və siyasi çevrələrdə geniş müzakirələrə səbəb olub.

İmam cümə çıxışında deyib ki, Əli Xameneyinin gözü dəvə kimi baxır, qatır kimi yox!

İfadə ironiyaya səbəb olub. Adətən yüksək məqamlı şəxslərin heyvanlarla müqayisəsi alçaldıcı sayıldığı halda, imam cümə görünür, Əli Xameneyini belə saya salmır. Həmin sitatı olduğu kimi çatdırırıq: “Ağa Xameneyi çox uzaqgörən olduğu üçün dəvə kimidir və qatır xislətli deyil ki, hər an bir çalıya düşə”.

Bu cür çıxışlar, İranın rəsmi tribunasından danışan ruhanilərin getdikcə zəifləyən nitq mədəniyyətini və məntiqsizliklə dolu dini ritorikasını bir daha nümayiş etdirir.

Sosial şəbəkə istifadəçiləri bu sözləri hökumət mollalarının tərif yarışında verdiyi növbəti gülünc çıxış kimi qiymətləndirib. Bəziləri haqlı olaraq sual verib ki, əgər bir adi vətəndaş Əli Xameneyini və ya başqa bir dini rəsmini heyvana bənzətsəydi, dərhal “təhqir” və “müqəddəslərə hörmətsizlik” ittihamı ilə həbs olunmazdımı?”

Bu hadisə, İranın dini-ideoloji strukturunun nə qədər süst və ziddiyyətli bir vəziyyətə düşdüyünü, mollaların isə cəmiyyətə söyləyəcək ciddi və məntiqli sözlərinin qalmadığının açıq sübutudur.

Bir sözlə mollaların iç üzü bundan artıq deyil.

 





05.08.2025    çap et  çap et