Almaniyanın Hanau şəhərində yaşlı bir qadın evinin qapısında dələduzluğa məruz qalıb. Özünü bina işçisi kimi təqdim edən şəxs, “poçt xərci” bəhanəsilə qadından ödəniş istəyib və yalnız bank kartı ilə qəbul etdiyini bildirib.
Dələduz qadına kart oxuducu təqdim edib, şifrə daxil etməsini istəyib və nəticədə qadının hesabından bir neçə yüz avro çıxarılıb. Hadisə 25 iyul, cümə günü saat 10:50 radələrində baş verib. Şəxs mənzilə daxil olmadan, yalnız qapı önündə əməliyyatı həyata keçirib.
Hanau Kriminal Polisi hadisədən sonra şübhəli şəxsin axtarışına başlayıb və ictimaiyyətdən şahidlik edə biləcək şəxslərin müraciət etməsini istəyib.
Şəhər polisi vətəndaşlara oxşar hallarda diqqətli olmağı tövsiyə edir.
çap et