O, “TUI” Hava Yolları ilə Mahon Hava Limanından London Stansted istiqamətində uçmalı idi. Amma limanda gözlənilməz şəkildə “yoxa çıxdı”. Ailəsi təlaş içində siqnala keçdi və hava limanı polisi təhlükəsizlik kameralarını yoxlayanda uşağın – bilet olmadan! – Milan Malpensaya gedən təyyarəyə mindiyini ortaya çıxardı.
Mallorka Milli Polisindən bir sözçü, “Əməkdaşlarımız təyyarəyə minik zonasındakı kameraları araşdırdı və uşağın Milan istiqamətinə uçan təyyarəyə mindiyini təsdiqlədi. Hava limanında ‘itkin düşmüş uşaq’ həyəcanı verilmişdi, amma onun artıq İtaliyaya uçduğu aydınlaşdırıldıqdan sonra siqnal ləğv olundu”, – deyib.
Filmin son səhnəsi isə daha da dramatik idi: xəbərlərə görə, uşağın anası həmin gün təcili şəkildə İtaliyaya uçdu və oğluyla yenidən bir araya gəldi.
Uçuş zamanı “EasyJet” kabin heyəti, bilet göstərməyən bir sərnişinin təyyarədə olduğunu başa düşdü. Şirkət bildirib ki, Milan komandası və yerli hakimiyyət orqanları uşağı qarşılayıb və ailə üzvlərindən birinin İtaliyaya gəlməsi üçün lazım olan bütün təşkilati işləri həyata keçiriblər.
“EasyJet”dən bir sözçü isə məsələ ilə bağlı, “Hava limanı və yer xidmətləri tərəfdaşlarımızla birlikdə araşdırırıq ki, bu gənc sərnişin “Mahon” hava limanından təkbaşına, özü də yanlış təyyarəyə necə minib. Uşaq Milan hava limanında heyətimiz və yerli orqanlar tərəfindən qarşılandı. Ailəsinin bir üzvü ilə eyni gün görüşməsi üçün səyahət təşkil olundu. Onlarla əlaqədəyik və dəstəyimizi davam etdiririk”, – deyib.