Vaxt.Az

Genetikada yeni dövr


 

Alimlər DNA-nı sıfırlayan texnologiya hazırladı

Genetikada yeni dövr Çinli alimlər, həm bitki, həm də heyvan hüceyrələrində DNT-nin daha dəqiq və effektiv şəkildə dəyişdirilməsini mümkün edən iki yeni genom redaktə texnologiyası hazırlayıblar.

“EurekAlert” portalının məlumatına görə, Çin Elmlər Akademiyasının Genetika və İnkişaf Biologiyası İnstitutunun alimləri, indiyədək istifadə edilən və “Cre-Lox” adı ilə tanınan gen redaktə sisteminin məhdudiyyətlərinə cavab verən texnologiya üzərində işləyiblər.

Yeni üsullar sayəsində tədqiqatçılar böyük DNT parçalarını dəqiq şəkildə yerləşdirə, zədələnmiş genləri tamamilə əvəz edə, hətta xromosomları tərsinə çevirə və ya silə biliblər.

Alimlər bu texnologiyanın tətbiq olunduğu misal olaraq herbisidə davamlılıq göstərən yeni bir düyü növü yetişdiriblər və bu nümunə ilə sistemin gen mühəndisliyi və kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından daşıdığı potensialı vurğulayıblar.

Tədqiqatın nəticələri nüfuzlu “Cell” elmi jurnalında dərc olunub.

 





05.08.2025    çap et  çap et