Vaxt.Az

İranda dözülməz istilər


 

20 vilayətdə dövlət qurumları bağlanır

İranda dözülməz istilər İranda müşahidə olunan ekstremal hava şəraiti səbəbilə avqustun 6-da ölkənin 20 vilayətində dövlət qurumları fəaliyyətini dayandıracaq. Rəsmi açıqlamaya görə, bu addım əsasən artan enerji istehlakını balanslaşdırmaq məqsədi daşıyır.


Hansı vilayətlərdə iş olmayacaq?


“Fars” xəbər agentliyinin məlumatına əsasən, dövlət idarələrinin fəaliyyətini dayandıracağı vilayətlər bunlardır:

Tehran, Fars, Ərdəbil, Kohgiluyə-Buyer Əhməd, Gülüstan, Rəzəvi Xorasan, Çaharmahal-Bəxtiyari, Buşəhr, Cənubi Xorasan, Yəzd, İsfahan, Hörmüzqan, Kirman, Əlborz, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Simnan, İlam, Qum və Gilan.

 

Elektrik hər gün 2 saat kəsilir

 

Son günlərdə paytaxt Tehran da daxil olmaqla müxtəlif bölgələrdə gündəlik 2 saatlıq növbəli elektrik kəsintiləri həyata keçirilir. Səlahiyyətli qurumlar bu tədbirlərin enerji sərfiyyatının minimuma endirilməsi məqsədi daşıdığını bildirir.

Temperaturun kəskin yüksəlməsi səbəbindən əhalinin kondisionerlərdən daha intensiv istifadə etməsi elektrik şəbəkəsinə ciddi yük salıb. Nəticədə enerji tələbatında rekord səviyyələr qeydə alınıb.

 

Rəsmilərdən əhaliyə çağırış

 

Rəsmi qurumlar, enerji böhranının daha da dərinləşməməsi üçün vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırır. Mütəxəssislər hesab edir ki, bu cür ekstremal hava şəraiti qarşısında qısa müddətli məhdudiyyətlər labüddür.

 





05.08.2025    çap et  çap et