Vaxt.Az

Yeni tarif qərarı bu həftə qüvvəyə minir


 

Minimum gömrük qiymətləri 10%-dən 15-ə qaldırıldı

Yeni tarif qərarı bu həftə qüvvəyə minir ABŞ Prezidenti Donald Tramp, Türkiyə də daxil olmaqla onlarca ölkəyə tətbiq ediləcək yeni gömrük tarifləri ilə bağlı fərman imzalayıb. Türkiyədən ABŞ-a idxal edilən mallara vergi dərəcəsi 10%-dən 15%-ə qaldırılıb.

31 iyul tarixli fərmanda ümumilikdə 68 ölkə və 27 üzvü olan Avropa Birliyi (AB) yer alır. Yeni vergi dərəcələri 15%-dən 41%-ə qədər dəyişir. Siyahıda yer almayan ölkələrə isə 10% vergi tətbiq olunacaq.

2 aprel tarixindəki əvvəlki siyahıya əsasən, Türkiyə 10%-lik alt limitlə vergiyə cəlb olunurdu. O dövrdə Türkiyənin Ticarət naziri Ömər Bolat bu qərarı “kötünün iyisi” adlandırmış, 2024-cü ildə ABŞ ilə ticarət balansının 2,4 milyard dollarla Vaşinqtonun xeyrinə olduğunu vurğulayaraq, verginin qaldırılmaması üçün danışıqlar aparmaq istədiklərini demişdi.

Trampın imzaladığı fərmana əsasən, yeni tariflər bir həftə sonra qüvvəyə minəcək. Vaşinqtonun bu qərarı, yeni müzakirələr üçün qapını açıq saxladığına işarə kimi qiymətləndirilir.

Qeyd edək ki, Böyük Britaniya və AB daxil olmaqla bir sıra ölkələr 1 avqusta qədər ABŞ ilə ticarət sazişi bağlamağa nail olub.

 

Ən yüksək vergi Suriyaya tətbiq olunacaq

 

Bəyanatda bildirilir ki, vergilər bölgələrin iqtisadi profili və ABŞ əleyhinə olan “ədalətsiz” ticarət praktikalarına qarşı mübarizə çərçivəsində müəyyən edilib.

Yeni tariflərə əsasən, ən yüksək vergi 41%-lə Suriyaya tətbiq olunacaq. Avropa Birliyinə tətbiq ediləcək vergi isə əldə olunan razılaşma ilə 15% səviyyəsində müəyyənləşdirilib. Əgər razılaşma əldə olunmasaydı, Tramp avqustun 1-dən etibarən AB məhsullarına 30% vergi tətbiq ediləcəyi ilə hədələyirdi.

 

Vergi dərəcələri dəyişdirilən ölkələr

 

İsveçrə – 31%-dən 39%-ə yüksəldildi;

Tayvan – 25%-dən 20%-ə endirildi;

Tayland – 22%-dən 19%-ə endirildi;

Hindistan – 25% olaraq müəyyənləşdirildi;

İsrail – Türkiyə kimi 15%-lik vergi kateqoriyasına daxil edildi.

 





06.08.2025    çap et  çap et