Vaxt.Az

Sanksiya təhdidinin təsiri


 

Neft qiymətləri bir qədər yüksəldi

Sanksiya təhdidinin təsiri Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın Hindistanı Rusiya nefti alışı səbəbilə sanksiya ilə hədələməsinin ardından yüksəldi.

Neft qiymətləri çərşənbə günü artım göstərərək, əvvəlki gün beş həftənin ən aşağı səviyyəsindən toparlandı.

Bu artımda ABŞ Prezidenti Donald Trampın Hindistanın Rusiya nefti alımlarına görə gömrük vergisi tətbiq edə biləcəyi yönündəki açıqlamaları və bunun qlobal təchizatda kəsintiyə səbəb ola biləcəyi qorxuları təsirli oldu.

“Brent” tipli xam neft üzrə fyuçers müqavilələri 0,4 faiz artaraq bir barel üçün 67,93 dollara yüksəldi. ABŞ-ın xam neft növü olan “WTI” isə 0,4 faiz artaraq bir barel üçün 65,44 dollardan alıcı tapdı.

“Nomura Securities” şirkətinin iqtisadçısı Yuki Takaşima bildirib ki: “İnvestorlar, Trampın təhdidlərinə cavab olaraq Hindistanın Rusiya nefti alımını azaldıb-azaltmayacağını qiymətləndirir. Bu, qlobal təklifdə daralma yarada bilər, amma bu ssenarinin reallaşıb-reallaşmayacağı hələ də qeyri-müəyyəndir. Əgər Hindistanın idxalı eyni səviyyədə qalarsa, 'WTI' ehtimal ki ayın qalan günlərində 60–70 dollar diapazonunda qalacaq”.

 





06.08.2025    çap et  çap et