Prezident Tramp çərşənbə axşamı verdiyi müsahibədə deyib: “Yarımkeçiricilər və çiplərlə bağlı bir açıqlamamız olacaq. Bu, ayrıca bir kateqoriyadır, çünki bu məhsulların ABŞ-da istehsal olunmasını istəyirik”.
Tramp, bu açıqlamanın “gələn bir həftə ərzində” veriləcəyini qeyd etsə də, planla bağlı əlavə təfərrüat paylaşmayıb.
Dünyanın ən qabaqcıl yarımkeçiricilərinin böyük hissəsi, “Apple”, “Nvidia”, “Qualcomm” və “AMD” kimi şirkətlərə tədarük edən Tayvanda yerləşən böyük çip istehsalçısı “TSMC” tərəfindən təmin olunur.